​Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır- VİDEO

Baxış sayı:
7147

Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir. Bu azmış kimi o hərdən mobil telefonla da danışır. Bu görüntülər elə avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır.. Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin sürücü işdən kənarlaşdırılacaq Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki,məsələ ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.