​Avtobus qəzaya düşdü: 26 uşaq həlak oldu

Baxış sayı:
2851

Hindistanın Ximaçal-Pradeş ştatında məktəb avtobusunun qəzaya uğraması nəticəsində 26 uşaq həlak olub.
Muxalifet.az xəbər verir ki, avtobus təxminən 30 metr dərinliyi olan yarğana yuvarlanaraq aşıb.
Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri hələlik dəqiqləşməyib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.
Əməliyyat hələ də davam edir.
Telekanalın məlumatına əsasən, avtobus özəl məktəbin beşinci və aşağı sinif şagirdlərini daşıyırdı. Avtobusda 40-dək uşağın olduğu ehtimal edilir.