Avtobus qəzası ilə bağlı BNA-dan AÇIQLAMA

Baxış sayı:
12946

Xəbər verdiyimiz kimi Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev  Muxalifet.az-a bildirib ki, BNA qəza ilə bağlı araşdırma aparıb:

"Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib. Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.
Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir. 

Bir daha bütün hərəkət iştirakçılarını xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edirik."