Avtobus körpüdən aşdı, 48 NƏFƏR YARALANDI

Baxış sayı: 39

Türkiyənin Çorum şəhərində avtobus körpüdən aşıb.
"Haber7" xəbər verir ki, hadisə Çorum-Sungurlu avtomobil yolunun 40-cı kilometrliyində baş verib.
Nəticədə sürücü də daxil olmaqla 48 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Avtobus Giresundan Ankaraya doğru hərəkət edib.
Hadisənin səbəbləri araşdırılır.