Avtobus deposu uçdu, 8 NƏFƏR ÖLDÜ

Hindistanın cənubunda nəqliyyat korporasiyasına məxsus avtobus deposu uçub.
“Times of İndia”ın verdiyi xəbərə görə, Hindistanın Tamiland ştatında baş verən bədbəxt hadisə nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə zamanı depoda Tamiland Nəqliyyat Korperasiyasının əməkdaşları olub.
Hadisənin səbəbləri hələ bəlli deyil. İlkin ehtimallara görə, son günlər ard-arda yağan yağışlar deponun uçmasına səbəb ola bilər. Depo 1952-ci ildə qurulub, 60 ildir fəaliyyətdədir.