Avtobus alışaraq yandı: 20 ölü

Baxış sayı:
6646

Perunun paytaxtı Limadan hərəkət edən iki mərtəbəli bir avtobusda yanğın baş verib. Tamamilə yanan avtobusda 20 adam həyatını itirib, 7 nəfər isə yaralanıb. Yanğının səbəbi hələlik bilinmir.
Yerli media Perunun paytaxtı Limadan,Lambayeque bölgəsindəki Chiclayo şəhərinə hərəkət edən iki mərtəbəli bir avtobusda yanğın çıxdığını bildirib. Yanğında 20 adamın öldüyü, 7 nəfərin yaralandığı bildirilib. Yaralılar xəstəxanaya qaldırılıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.
Müxalifət.az