Avstriyadan PKK ilə bağlı şok açıqlama

Baxış sayı:
6949

 Avstriyanın Baş naziri Sebastyan Kurz Vyanada keçirilən 1 may tədbirində PKK-ya aid plakatların qaldırılmasına təpki göstərib.
 
Sebastyan Kurz sosial media hesabı üzərindən verdiyi açıqlamada, terror təşkilatı PKK-nın Avropa Birliyi (Aİ) terror siyahısında olduğunu, çox sayda terror aktından məsul tutulduğunu ifadə edərək bu təşkilata aid simvolların mart ayından etibarən Avstriyada yasaqlı olduğunu xatırladıb.
Müxalifətdəki Avstriya Sosial Demokrat Partiyası (SPÖ) tərəfindən keçirilən 1 may nümayişi çərçivəsində terror təşkilatı tərəfdarlarının Vyanada təşkilata aid simvollarla tədbirə qatılmasının yolverilməz olduğunu vurğulayan Kurz, "SPÖ təcili Stalinist PKK kimi ifrat təşkilatlarla əlaqəsini kəsməlidir. Avstriyada bu terrorçu ifrat sol ideologiyanın yeri ola bilməz" deyə qeyd edib.
Qeyd edək ki, Avstriyada 1 martda qüvvəyə minən "Simvol Qanunu" ilə terror təşkilatı PKK-nın simvolunun dövlətə açıq yerlərdə istifadə edilməsi qadağan olunmuşdu.
Müxalifət.az