Avstriyadan İsrailə “sillə” kimi cavab: Qəbul etmirik

Baxış sayı:
6073

 Avstriya prezidenti Aleksandr van der Bellen ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyini Təl-Əvivdən Qüdsə daşımasını qəbul etmədiklərini bildirib.
 
Avstriya prezidenti Van der Bellen Fələstinə səfəri çərçivəsində bir araya gəldiyi dövlət başçısı Mahmud Abbasla Ramallahdakı rəhbərlik binasında birgə mətbuat konfransı keçirib.
 
İSRAİLDƏKİ SƏFİRLİYİMİZİ QÜDSƏ KÖÇÜRMƏYƏCƏYİK
 
 ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə daşıdığı və Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) qarşı yardımlarını kəsdiyi üçün kədərli olduğunu qeyd edən Van der Bellen, “Avstriya bu məsələdə oxşar bir addım atmayacaq. Ölkəmiz Fələstin məsələsində Avropa Birliyinin yürütdüyü siyasətə sadiqdir" deyib.
Van der Bellen Fələstin ilə Avstriya arasındakı münasibəti "səmimi" şəkildə səciyyələndirərək, ölkəsinin Fələstinə dəstəyini vurğulayıb.
 
İKİ DÖVLƏTLİ HƏLLİN TƏRƏFDARIYIQ
 
 Avstriya prezidenti," Fələstin məsələsində müzakirələr yolu ilə həyata keçiriləcək iki dövlətli həlldən yanayıq” deyə söyləyib.
Fələstin dövlət rəhbəri Abbas isə ABŞ-ın İsrail tərəfdarı mövqeyindən dolayı artıq sülh danışıqlarında vasitəçi rol üçün tək başına yetərli olmadığını ifadə edərək, "Beynəlxalq qanuni qərarların mənbə olunmadığı heç bir beynəlxalq konfransa qatılmağı qəbul etmirik" deyib.
Heç kim özləri adına müzakirəçi olmasını istəmədiklərinə diqqəti çəkən Abbas, Fələstin məsələsində son sözü özlərinin deyəcəyini, kimsənin onlar adına danışmadığını vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 6 dekabr 2017-də Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyi açıqlamasından sonra yeni səfirlik binası 14 may 2018-də keçirilən rəsmi mərasimlə açılmışdı. Qərar bir çox ölkədə etirazlarla qarşılanarkən, Fələstində keçirilən aksiyalarda çox sayda adam şəhid olmuşdu.
Müxalifət.az