Avstriyada qaz kəmərində partlayış baş verib

Baxış sayı:
4001

Avstriyanın Baumqarten şəhərində qaz kəmərində partlayış baş verib. Bu barədə RİA "Novosti" xəbər verir.
Yerli polisin məlumatına görə, partlayış nəticəsində, təqribən, 60 nəfər xəsarət alıb.
"Partlayış yerli vaxtla saat 8:45-də baş verib, daha sonra yanğın başlayıb, vəziyyət nəzarət altındadır, lakin ilkin məlumata görə bir neçə yaralı var", - polisin nümayəndəsi Edmund Traqşits bildirib.
Baumqarten terminalı Avstriyanın əsas qaz paylayıcı mərkəzidir.
Partlayışın səbəbləri hələ məlum deyil.