Avstraliyada təyyarədə terrorun qarşısı alınıb

Avstraliyada təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb.
 
 “AFP” agentliyinin verdiyi xəbərə görə, bunu Avstraliyanın baş naziri Malkolm Ternbull bəyan edib.
 Onun sözlərinə görə, ötən gün Sidney şəhərində irimiqyaslı antiterror əməliyyatı keçirilib.
 “Əməliyyat nəticəsində sərnişin təyyarəsində terror aktı törətməyi planlaşdıran 4 nəfər saxlanılıb”, deyə baş nazir bildirib.
 Saxlanılanların şəxsiyyəti barədə hələ ki, məlumat verilmir. Antiterror əməliyyatının ardınca Avstraliyanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.