Avropola ilk dəfə qadın rəhbərlik edəcək- FOTO

Baxış sayı:
7617

Belçika Kriminal Polisinin sabiq rəhbəri Katrin de Bol bu gün rəsmən Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru vəzifəsində  fəaliyyətə başlayıb.
 
Muxalifət.az 
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, beləliklə, tarixdə ilk dəfə olaraq bu müəssisəyə qadın rəhbərlik edəcək.
Katrin de Bol bu vəzifəyə martın 8-də Avropa İttifaqı daxili İşlər və ədliyyə şurasının Brüsseldə keçirilən iclasında təsdiqlənmişdi. O, Avopolun icraçı direktoru postunda Rob Ueynraytı əvəzləyib.
İxtisasca hüquqşünas olan 48 yaşlı Katrin de Bol əvvəlcə jandarmeriyanın, sonra isə kriminal polisin zabiti işləyib. 2012-ci ildə Belçika Federal Polisinin komissarı təyin edilib və bu vəzifəni icra edən ilk qadın olub.
Əlavə edək ki, Avropol başçısı dörd il müddətinə təyin olunur.