Avropanın şərt irəli sürməsini qəbul etmirik - Zərif

Baxış sayı:
11092

Reallaşmasını gözlədiyimiz INSTEX-in FATF-la (Financial Action Task Force on Money Laundering - Çirkli pulların yuyulmasının qarşısını almaqla məşğul olan maliyyə təşkilatı. – red.) əlaqəsini qəbul etmirik. Avropanın maliyyə mexanizimində tətbiqi gecikdirməsi ilə yanaşı, şərt irəli sürməsini qəbul etmirik.
Muxalifet.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Cavad Zərif söyləyib.
Qeyd edək ki, Almaniya, Fransa və Böyük Britaniya İranla hesablaşma mexanizmi İNSTEX-i (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) yaradıb. İNSTEX qurumunun mərkəzi ofisi Fransada yerləşəcək.