​Avropanın ən qocaman sakini vəfat etdi

Baxış sayı:
3187

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan ayarım sonra Barselonadakı qocalar evində vəfat edib.
Muxalifet.az xəbər verir ki, Pais nəşrinin yaydığı məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. O, səhhəti sarıdan, demək olar, heç bir problem yaşamayıb.
Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 60 yaşı var.
Qocalar evindən bildiriblər ki, Ana Vela öz yatağında yuxuda ikən, əziyyətsiz keçinib.