Avropanın ƏN ƏLAMƏTDAR GÜNÜ - Tarixi görüş bu gün baş tutacaq

Baxış sayı:
5329

Bu gün Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunları baş tutacaq.
Publika.az xəbər verir ki, liqanın ən həyəcanlı qarşılaşması “Milan”ın Çempionlar Liqasındakı əzəli rəqibi "Arsenal"a qarşı keçirəcəyi oyun olacaq.
Maraqlısı odur ki, uzun illər dünyanın ən prestijli liqasında görüşən rəqiblər bu dəfə Avropa liqasında üzləşəcək.
Çempionlar Liqasının qrup mərhələsində yeganə təmsilçimiz olmuş"Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" isə Madriddə Moskva təmsilçisi "Lokomotiv"lə qarşılaşacaq.

Avropa Liqası
8 mart
1/8 final, ilk oyunlar
 
22:00
 
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Rusiya)
MOİK (Rusiya) - "Lion" (Fransa)
"Borussiya" (Almaniya) - "Zalsburq" (Avstriya)
 
00:05
"Marsel" (Fransa) - "Atletik Bilbao" (İspaniya)
"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)
"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)