Avropanın ən böyük şəbəkəsi çökdürüldü! - İSTANBULDA NƏHƏNG ƏMƏLİYYAT

Baxış sayı:
5986

Avropanın ən böyük immiqrant qaçaqçılığı şəbəkəsinin lideri olduğu ifadə edilən İraqlı Akbar Omar Tawfeeqin də aralarında olduğu 25 adam təşkil edilən əməliyyatda tutulub.
 
Əməliyyat əsnasında xaricə qaçmağa çalışan bir gəmi seyr halındaykən dayandırılıb. Edilən axtarışlarda təşkilati sənədlər, bir miqdar narkotik maddə, cinayət yolu ilə əldə edilən yüksək miqdarda avro və ABŞ dolları müsadirə edilib.
Digər tərəfdən, istintaq çərçivəsində müsadirə qərarı verilən 8 gəmidən 7-i tutularaq müsadirə olunarkən, dənizdə olduğu üçün yeri müəyyən oluna bilməyən bir gəminin tutulması üçün işlər davam edir.
 
PKK-YPG İLƏ KOORDİNASİYALI HƏRƏKƏT EDİRLƏR
 
İmmiqrant qaçaqçılığı edən şəbəkənin İraq və Suriyada PKK/YPG ilə koordinasiyalı hərəkət etdikləri, nizamsız immiqrantları Yunanıstan üzərindən İtaliya başda olmaqla, bir çox Avropa ölkəsinə apardıqları təsbit edilib.
 
BİR İLDƏ 2 MİLYON AVRO
 
Şübhəlilərin son bir ildə qeyri-qanuni yollardan qaçırmağa çalışdığı 569 immiqrantın tutulduğu öyrənilib. 6 avtomobil və 6 gəmi ilə çox sayda jiletlər müsadirə olunarkən, şübhəlilərin bir immiqrantın qeyri-qanuni yollarla xaricə aparılması qarşılığında minimum 5 min avro adıqları, illik təxminən 2 milyon avro əldə etdikləri ifadə edilir.

Müxalifət.az