​Avropanın ən böyük günəş elektrik stansiyası açıldı

Baxış sayı:
235

Portuqaliyanın kiçik şəhəri olan Orikada Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb.
Muxalifet.az xəbər verir ki, stansiya 25 min ailəni elektrik enerjisi ilə təmin edə biləcək. Adi istilik elektrik stansiyaları ilə müqayisədə günəş elektrik stansiyası atmosferə ildə 50 min ton daha az karbon qazı buraxır.
Yeni elektrik stansiyasının işə salınması ilə Portuqaliya demək olar ki, 2020-ci ilədək bərpaolunan enerji mənbələri üzrə öz məqsədlərinə çatıb. Portuqaliyada bərpaolunan enerjinin payı 29 faiz təşkil edir, 2020-ci ilədək bu, 31 faizə çatmalıdır.
“Avrostat” Avropa Statistika İdarəsinin məlumatına görə, hazırda Avropa İttifaqında hasil olunan bütün enerjinin 17 faizi bərpaolunan mənbələr, o cümlədən günəş şüaları hesabına istehsal olunur. 2020-ci ilədək bu pay 20 faizə qədər artmalıdır.
Qeyd edək ki, artıq Avropa İttifaqının 11 ölkəsi 2020-ci il üçün “yaşıl” energetika üzrə milli planı yerinə yetirib.