​Avropanın mərkəzində kürd dilli televiziyaya POLİS BASQINI

İsveçin paytaxtı Stokholmda yerləşən və kürd dilində yayım edən “Aryen TV” televiziya kanalına polis basqını həyata keçirilib.
Muxalifət.az xəbər verir ki, kanal sənədlərdə saxtakarlıq və çirkli pulları yumaqda günahlandırılıb. İttihamlardan dolayı 1 nəfər həbs edilib.
Sözügedən kanal daha öncə terror təxribatları etdiyi iddiası ilə yayımı dayandırılan “Novruz TV” tərəfindən qurulub.
Stokholm maliyyə müdirinin sözçüsü Niklas Alqren xəbəri təsdiq edib. O, polisin axtarışlarının vergi dairəsinin əmri ilə aparıldığını deyib.