​Avropanın mərkəzində ANTİ-İSLAM ƏMƏLİYYATI – Məscidə faşist simvolu çəkdilər - FOTO

İsveçin Flen şəhərində yerləşən məscidə hücum edilib.
Muxalifət.az 
xəbər verir ki, hadisə nəticəsində məscidin qapısı və pəncərələri sınıb. Məscidin qapısı üzərinə isə faşist simvolu çəkilib.
“Əl Xuda” mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən məscd daha öncə bir neçə dəfə də hücuma məruz qalıb. Mərkəzin sədri Abdi Osman verdiyi açıqlamada hadisədən dolayı kədərləndiyini bildirib və ibadət yerlərinə zərər verməkdən əl çəkməyi tələb edib.
Polis hadisə ilə bağlı genişmiqyaslı əməliyyatlara başlayıb.
Qeyd edək ki, məscidin binası daha öncə kilsə olub. 2012-ci ildə mədəniyyət mərkəzi həmin binanı alaraq müsəlmanlar üçün ibadət məkanına çevirib.