​Avropanın media agentliklərindən birgə qərar: Uydurma...

Baxış sayı:
9058

Polşa Mətbuat Agentliyi (PAP) Avropa informasiya agentlikləri ilə birlikdə uydurma xəbərlərə qarşı mübarizə elan edib.
Muxalifet.az xəbər verir ki, Polşa Mətbuat Agentliyi də daxil olmaqla Avropanın 13 informasiya agentliyi uydurma xəbərlərə qarşı mübarizə haqqında saziş imzalayıblar.
PAP agentliyinin prezidenti Voytsex Surmaç “Wirtualnemedia.pl” saytına müsahibəsində deyib: “Biz bir neçə ay ərzində yanlış məlumatları səmərəli şəkildə aradan qaldırmağa imkan verən tədbirlər hazırlayacağıq. “Feyk xəbərlər” adı ilə məşhur olan uydurma yeniliklər bu gün demokratiyaya qarşı ən təhlükəli hallardan biri hesab edilir. Yoxlanılmamış saxta uçot qeydləri ilə təqdim edilən məlumatlar nəinki bir-birinə düşmən kimi münasibət bəsləyən sosial qruplar və ya siyasi qruplaşmalar arasında, hətta (və ilk növbədə) dövlətlər arasında informasiya müharibəsinin vasitəsinə çevrilə bilər. Avropada 13 informasiya agentliyi saxta məlumatların sosial, siyasi və beynəlxalq problemlərə təsirinin artması nəzərə alaraq, yanlış məlumata qarşı mübarizə aparmağa hazır olduğunu bildirib. Agentliklər internet istifadəçilərin və jurnalistlərin yanlış məlumata qarşı mübarizə aparmalarına imkan verən səmərəli vasitələr və prinsiplər hazırlanması üçün tədbir görməyi vəd edirlər”.
Sazişin məqsədi “etimada layiq olan KİV-ləri təbliğ etmək və istifadəçilərə rəqəmsal mühitdə inkişafın istiqamətlərini öyrətməkdir”. Sənəddə həmçinin, “xəbərləri yoxlamaq və saxta xəbərləri qısa müddətdə aşkar etmək; internet istifadəçilərinin və jurnalistlərin yanlış informasiyaya qarşı mübarizə hüquqlarını artıran səmərəli vasitələr və prinsiplər işləyib hazırlamaq; kütləvi informasiya vasitələrinə etimadı artırmaq və istifadəçiləri rəqəmsal mühitdə davranmağa öyrətmək” məqsədilə mətbuat agentlikləri arasında birbaşa əməkdaşlıq nəzərdə tutulur.
Bəyannamədə deyilir: “Biz dövlət tərəfindən, ayrı-ayrı şəxslər, həmçinin informasiya agentliklərinin beynəlxalq assosiasiyaları tərəfindən maliyyələşdirilməsindən asılı olmayaraq bütün informasiya agentliklərini bu qətnaməyə qoşulmağa çağırırıq”.
Bəyannaməni Polşadan Polşa Mətbuat Agentliyi, Albaniyadan ATA, Yunanıstan ANA MPA, Xorvatiyadan HİNA, Bolqarıstandan BTA, Azərbaycandan Azərtac, Rumıniyadan AGERPRESS, Slovakiyadan TASR, Ukraynadan UKRİNFORM, Kiprdən CNA, Bosniya və Herseqovinadan FENA, Serbiyadan TANJUG, Türkiyədən AA agentlikləri imzalayıblar.