Avropanın 22 ölkəsində koronavirusun yeni növü qeydə alınıb

Baxış sayı:
1096

Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində bildirib.

“Bütün viruslar kimi, zamanla COVID-19 virusu da dəyişdi. SARS CoV-2 (VOC) variantının potensial təsiri barədə narahatlığı anlayıram. ÜST-ün Avropa regionu üzrə ofisi virusun yeni variantını 22 ölkədə aşkar edib”, - deyə o vurğulayıb.

Hans Kluqenin sözlərinə görə, bu virus daha sürətlə yayılsa da onun insan orqanizminə daha öldürücü təsiri qeydə alınmayıb.

O qeyd edib ki, bütün yaş kateqoriyalarında SARS CoV-2 (VOC) virusuna yoluxma qeydə alınıb, uşaqlar yoluxma zamanı risk altında deyil.

Yoluxmanın daha çox Böyük Britaniya və Danimarkada qeydə alındığı bildirilib.

ÜST-ün Avropa regionu üzrə ofisinin məlumatına görə, 2020-ci ildə regionun 53 ölkəsində 26 milyondan çox insan koronavirusa yoluxub, 580 mindən çox insan bu xəstəlikdən vəfat edib.