Avropadan Türkiyəyə qarşı ŞOK QƏRAR - Silah satışı dayandırıldı və...

Baxış sayı:
8251

Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq. O, bunu Türkiyə Suriyada atəşkəsə razılıq verməzdən əvvəl deyib.
Türkiyəyə hərbi eksportu dayandırdığını daha əvvəl Britaniya açıqlamışdı, İspaniya, Hollandiya, Norveç, Fransa, Çexiya, İtaliya və Finlandiya isə silah satışını məhdudlaşdıracaqlarını bildirmişdilər.
Türkiyə kifayət qədər böyük silah idxalçısıdır. Sülh problemlərini araşdıran Stokholm institutu (SIPRI) 2019-cu ilin mart ayında dərc etdirdiyi araşdırmasında Türkiyənin ən çox silah alan ölkələr siyahısında 13-cü yerdə olduğunu göstərib.
Araşdırma 2014-18-ci illəri əhatə edib, həmin dövrdə Türkiyəyə ən çox silah ixrac edən, bu ölkənin ehtiyacının 60%-ini ödəyən ölkə ABŞ olub; 17% - İspaniyanın, 15% isə İtaliyanın payına düşüb.
Beləliklə, Türkiyənin bu sahədəki ən böyük partnyoru ixracın durdurulması barədə hələ ki, heç bir açıqlama verməyib.
Bütün bu məhdudlaşdırmalar bir-birinə bənzəsə də, detallarına görə fərqlidirlər.
Məsələn, Britaniya, İspaniya və Fransa elan ediblər ki, Suriyada tətbiq edilə biləcək silahlarla bağlı yeni müqavilə imzalamayacaqlar. Angela Merkelin isə qərarı embarqonu sərtləşdirib - o, bütün ixraca qadağa qoyub.
İtaliya və Norveç dərhal Türkiyəyə bütün hərbi ixraca qadağa qoyublar, Çexiya isə nəinki sonrakı ixracı, hətta hazırda mövcud olan lisenziyaları da donduracaq və yenilərinin verilməsini qadağan edəcək.

Türkiyə nə qədər silah ixrac edir?

Türkiyənin tam olaraq nə qədər silah ixrac etməsi barədə dəqiq məlumat yoxdur.
Türkiyə Statistika İdarəsi (TSİ) bildirir ki, 2018-ci ildə "silah və sursat, onların komponentləri, detalları və aksesuarlarının" ixracı 2018-ci ildə 365 milyon dollar təşkil edib.
Digər mənbələr başqa rəqəmlər açıqlayırlar. Məsələn, "Bild" qəzeti yazır ki, 2018-ci ildə Almaniyadan Türkiyəyə silah ixracı bu ölkənin silah eksportunun təxminən üçdə birini təşkil edib və təqribən 242,8 milyon avro dəyərində olub. 2019-cu ilin ilk səkkiz ayında isə Türkiyə Almaniyadan 250,4 miyon avroluq silah alıb. Amma TSİ 2018-ci ildə Almaniyadan cəmi 14 milyon dollarlıq silah alındığını açıqlayıb.
Türkiyənin Müdafiə və Aeorokosmik Sənaye İstehsalçıları Dərnəyi 2018-ci ildə ölkənin 739 milyon dollarlıq quru silahları idxal etdiyini, bunun 447 milyonun Avropa ölkələrinin payına düşdüyünü bildirib.
Dəniz hərbi sistemlərinin idaxlı 165 milyon dollar təşkil edib, Aİ ölkələrinin bu idxaldakı payı 92 milyondur. 522 milyon dollarlıq hərbi aviasiya idxalında əsas pay isə ABŞ-a məxsusdur - 348 milyon dollar.
Türkiyə Almaniyadan "Leopard-2" tanklarını, 214 layihəsinin sualtı gəmiləri (Türkiyə tərsanələrində düzəldilir), təyyarələr və dənizlər üçün dizel və turbovintli mühərikkləri; Fransadan "Ocean Master" aviasiya radarları; Hollandiyadan meteopeyklər idxal eidr. Altı ədəd "ATR72-600" təyyarəsinin sualtı gəmilərə qarşı təyyarələrə çevrilməsi və "A129C Mangusta" hücum vertolyotlarının lokal ATAK versiyasının idxalıyla bağlı müqavilə İtaliyanın payına düşüb. Və bu, qətiyyən tam siyahı deyil.

Bu idxal Ankara üçün nə dərəcədə vacibdir?

Rusiyalı müstəqil hərbi ekspert İlya Kramnikin sözlərinə görə, Türkiyəyə silah ixracına qadağada əsas rolu ABŞ oynaya bilərdi:
"Türkiyənin istifadə etdiyi Avropa silahlarının xeyli hissəsi NATO starndartlarına uyğun hazırlanır və Amerika sistemləriylə əvəz edilə bilər. Məsələn türklər eyni standartla hazırlanan alman silahlarıyla təhciz edilmiş "Leopard-2" tanklarından istifadə edirlər. Elə ABŞ-ın özündə də bu silahlardan istifadə olunur".
Ekspert hesab edir ki, digər sistemlər daha çox problem yarada bilər, amma indiki situasiyada Avropa çətin ki, Türkiyə silahlı qüvvələrinin döyüş qabiliyyətini azalda bilsin.
"Avropa silahları ilk növbədə Türkiyənin quru və dəniz qoşunları üçün idaxal edilir. Amma indiki siyasi reallığı düzgün qiymətləndirsək, nə quruda, nə də suda Türkiyə ona ciddi təhlükə törədə biləcək rəqiblə üz-üzə deyil. Suriya əməliyyatı kimi döyüşlər üçünsə indi onlarda olan silahlar da bəs edər" - Kramnik belə deyir.
Ekspert bunu da əlavə edir ki, "İndiki vəziyyətdən dərs çıxaran Türkiyə gələcəkdə başqalarından da silah alacaq".
Müdafiə məsələləri üzrə ixtisaslaşmış türkiyəli jurnalist Burak Bekdil BBC Türkce xidmətinə verdiyi müsahibədə bildirib ki, elan olunmuş bütün sanksiyalar ya kosmetik xarakter daşıyır, ya da sanksiya qərarı vermiş ölkələrin daxilindəki siyasi məqsədlərə xidmət edir, ya da Türkiyə ordusuna ciddi təsir etməyəcək:
"Biz nələrisə dəyişə bilərik - məsələn, sursatları. Onların Türkiyədə istehsalını təşkil etmək və ya başqalarından almaq olar. Bizim yüksək dəqiqliyi olan adi sursatlara ehtiyacımız var. Amma Qərb ölkələri onların Türkiyəyə satışını hələ Suriya əməliyyatı başlamamış dayandırıb".
İlya Kramnik hesab edir ki, Türkiyəyə silah embarqosu elan etmiş ölkələr də bütün mümkün vasitələrlə onlardan yan keçməyə çalışacaq.
Nəhayət, Türkiyə silahı, potensial olaraq, başqa bazardan - məsələn, Rusiya və Çindən ala bilər. Onsuz da Türkiyənin Rusiyadan "PRO С-400" sistemini alması bu ölkənin son illərdəki ən böyük hərbi xərclərindən biridir.
"Mən fərli eksotik variantları da - məsələn, Braziliya və Hindistan kimi bu və ya digər səviyyədə inkişaf etmiş sənaye ölkələriylə müxtəlif silah növlərinin ortaq istehsalını da istisna etmirəm" - rusiyalı ekspert belə deyir.
Burak Bekdil hesab edir ki, istənilən halda Türkiyə özünün xarici idxalçılardan asılılığını azaldacaq:
"20-25 il əvvəl bu sahədə inhisar Qərb ölkələrinə məxsusuydu və onlar bundan xarici siyasətdə bir alət kimi istifadə edirdilər, deyirdilər ki, "Mən verməsəm, sən bunu başqa heş yerdən ala bilməzsən". Amma indi vəziyyət dəyişib, bir yerdən əldə edə bilmədiyini asanlıqla başqa ölkədən tapa bilərsən".

Onur Erem, Pavel Aksyonov
BBC