Avropadan Rusiyaya qarşı növbəti həmlə: Daha 6 ay...

Baxış sayı:
4969

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının bəyanatında deyilib.
Bildirilib ki, Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı tətbiq edilən sanksiyalar 2020-ci il 31 yanvar tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, 2014-cü ildə AB Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.