Avropadan Putinə daha bir ZƏRBƏ

Baxış sayı:
7024

Avropa Birliyi Rusiyaya qarşı individual sanksiyaların müddətini yenidən uzatmaq barədə qərar qəbul edib.
Bu barədə Avropa Birliyinin mətbuat xidməti məlumat yayıb.
Brüsseldə verilən qərar Rusiyanın Ukraynanın severenliyinə qarşı davam edən təcavüzünə cavab olaraq verilib. Belə ki, sanksiyalar 2019-cu ilin 15 mart tarixinə kimi davam edəcək. Qeyd edək ki, Avropa Birliyi sanksiyaları 155 fiziki şəxsə və 44 rus şirkətinə qarşı tətbiq edib. Həmçinin məlumatda Ukraynanın ərazi bütövlüyü təmin olunmayana qədər analoji sanksiyaların müddətinin uzadılacağı istisna edilməyib.
Xatırladaq ki, hazırda Avropa Birliyi tərəfindən Rusiyaya qarşı individual məhdudlaşdırıcı, iqtisadi və Krımın blokadası ilə bağlı sanksiyalar davam edir.