​AVROPADAN DÖNƏRLƏ BAĞLI QƏRAR

Baxış sayı:
3355

Avropa Parlamenti dondurulmuş dönər əti haqqında yeni qərar verib.
Parlament fosfat kimyəvi maddəsindən istifadə olunduğu üçün dondurulmuş dönər ətinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsindən imtina edib.
Qeyd edək ki, Avropa Birliyi rəhbərliyi dönər və şaurma ətinə əlavə edilən fosfatın qadağan edilməsi tələbini irəli sürmüşdü.
Araşdırmalara görə, ətin dadlı və sulu qalması üçün dönər ətinin tərkibində fosfatların istifadə olunması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur./axar/