Avropadan ABŞ-ı qızdıracaq addım: Aİ-dən TEHRANA ENERJİ SƏFƏRİ

Baxış sayı:
1210

ABŞ, İran ilə nüvə müqaviləsini ləğv etdiyi dövrdə Avropa Komissiyası, enerjidən məsul Migel Arias Caneteyi Tehrana göndərib.
 
Bu gün İran Atom Enerjisi Qurumunun sədri Əli Ekbar Salehi, ətraf mühit naziri İsa Kalantari və neft naziri Bijen Namdar Zəngənə ilə görüşəcək Canete, sabah xarici işlər naziri Cavad Zərif ilə bir araya gələcək.
 
TRAMPIN QƏRARINDAN SONRA QƏRBDƏN İLK SƏFƏR
 
Avropa Komissiyasında enerji üzrə məsul Migel Arias Canete, ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən çəkildiyini və yeni sanksiya tətbiq etməyə başlayacağını açıqlamasından bəri Tehranı ziyarət edən ilk Qərb səlahiyyətlisidir.
 
“TOTAL” ÇƏKİLSƏ, YERİNİ ÇİN DÖVLƏT ŞİRKƏTİ ALACAQ
 
Qeyd edək ki, Trampın qərarını açıqlamasından sonra Fransanın “Total” və Hollandiyanın “Maersk” şirkətləri İranda qalmağa davam etmələrinin mümkünsüz olacağını açıqlamışdı.
İranın neft naziri Bijen Namdar Zəngənə isə Fransız Neft Şirkəti “Total”-ın qaz sahəsi Cənubi Parsın təkmilləşdirilməsi müqaviləsindən çıxdığı təqdirdə onun yerini Çin Milli Neft Şirkətinin (CNPC) alacağını bildirmişdi.
Müxalifət.az