Avropada Türk siyasətçilərə ölüm təhdidi

Baxış sayı:
6502

Hollandiyada son illərdə artan İslamofobiya və xarici düşmənçiliyi üzündən siyasi partiyalarda Müsəlmanlara yönəlik təhdidlər də artmağa başlayıb.
 
“Denk” Partiyasının üzvləri və əksəriyyəti Türklər və immiqrantlar olan bələdiyyə məclis üzvləri Avropa Parlamenti seçkiləri öncəsi ölümlə təhdid edilir.
“Denk” Partiyasının sədri Selçuk Öztürk etdiyi açıqlamada, Avropada artan İslam əleyhdarlığı və xarici düşmənçiliyi nəticəsində qaçqın və müsəlman siyasətçilərin də hədəf halına gəldiyini söyləyib.
"Doğrunu söylədikləri və səhvlərə “dur” deyərək dik dayandıqları" üçün ən çox təhdidi “Denk” Partiyasının aldığını dilə gətirən Öztürk, "Bu təhdidlər istər istəməz siyasətçilərimizə təsir edir, amma biz yolumuzdan heç bir zaman şaşmırıq. Bu təhdidlər bizi dayandıra bilməz və durdura da bilməyəcək. Siyasətçini təhdid edən bütün xalqı təhdid etmiş olur, çünki seçilmiş millət vəkili xalqın səsidir" deyib.
Öztürk AP seçki kampaniyasında təhdidlərin artdığını ifadə edib və bunları söyləyib:
"Binanızı yandırarıq, evinizə gələrik, sizə zərər verərik' kimi təhdidlərlə bizi qorxutmağa çalışırlar, lakin təhdidlərə görə yolumuzdan və mübarizəmizdən vaz keçmirik. Dik dururuq, düşüncəmizi açıqca söyləyirik və lazım olduğu yerdə oluruq. Hər şeyə baxmayaraq bu təhdidlərə sinə gərərək təhlükəsizlik tədbirlərimizi alırıq".
Müxalifət.az