​Avropada nikah institutu dağılır və ölür - Maraqlı statistika

Baxış sayı:
1144

Muxalifet.az maraqlı bir statistikanı oxucuların nəzərinə çatdırır.
Avropada nikah institutu ölür: nikahdan kənar doğulanların 2016-cı ildə faizi, nikahlı yeni doğulanlardan çox olub.
Avropa Birliyində 2000 və 2016-cı illər arasında nikahdan kənar doğulan uşaqların sayı 15% artıb. Portuqaliyada 2016-cı ildə bu göstərici 53% təşkil edib, Fransada- 60%, Bolqarıstan və Sloveniyada -59%, Estoniyada -56%, İsveçdə -55%, Danimarkada- 54%. Əksinə, Yunanıstanda, Xorvatiyada, Kiprdə 80% yeni doğulan uşaqlar nikah dövründə dünyaya gəliblər.
Bundan başqa, qeyd olunur ki, AB ölkələrinin hamısında 2015-2016-da nikahdan kənar doğulanların sayı artıb, yalnız Estoniya, İtaliya, Latviya, Litva, Macarıstan, və Böyük Britaniyadan başqa. Bu ölkələrdə göstərici 0,2-dən -2% kimi azalıb. Bolqarıstan və İrlandiyada bu müddətdə göstərici dəyişməyib.
Bununla bərabər qeyd olunur ki, tədqiqat nikahdan imtina edib birgə həyatın təşkili məqsədilə fiziki şəxslər arasında bağlanan vətəndaş həmrəyliyi müqaviləsini nəzərə almır. Bu da formal olaraq nikahdan kənar doğulan uşaqların sayına əhəmiyyətli dərəcədə təsir edir.
“Qeydiyyata alınmış tərəfdaşlıq kimi nikaha hüquqi alternativlər daha geniş yayılmağa başlayıb və dövlət qanunları bununla əlaqədar dəyişdirilib ki, ərsiz cütlüklərə geniş hüquqlar verilsin”-Eurostatın tədqiqatında belə deyilir.
Fransada 2016-cı ildə 192 000 vətəndaş həmrəyliyi paktı imzalanıb, bu da 2015-dəkindən 3000 çoxdur. Bu cür müqavilələrin sayı 2002-dən artıb. 2016-da isə hər beş rəsmi nikaha dörd müqavilə düşüb.
Əvvəllər İspaniya XİN-in başçısı və Avropa parlamentinin eks-sədri Jozep Baorrel bildirib ki, ölkədə qaçqınlarla bağlı situasiyanı kütləvi miqrasiya kimi dəyərləndirmək olmaz, çünki indiki doğum faizinin aşağı olması ilə əlaqədar qaçqınlar Avropanı cavalaşdıra bilərlər. “ Avropanın demoqrafik inkişafı göstərir ki, əgər biz tədricən qocaların kontinentinə çevrilmək istəmiriksə bizə yeni qan lazımdır. Və bu yeni qanı bizim qoca yaşımızla artırmaq mümkün olmayacaq”-Borrel izah edib.