Avropada müsəlman köçkün uşaqları təhlükə altında

Baxış sayı:
11191

Hollandiyada mühacir düşərgələrində 4,5 il ərzində təxminən 1600 mühacir uşaq itkin düşüb.
 
Ölkədəki “NRC” qəzetində yer alan xəbərdə, qəzetin itən köçkün uşaqlarla əlaqədar etdiyi araşdırmada, Mərkəzi Mühacirləri Saxlama Orqanı (COA) və qəyyumluq vəzifəsini yerinə yetirən Nidos Vəqfindən məlumatlar toplandığı ifadə edilib.
 
1600 UŞAQ İTKİN DÜŞÜB
 
Bu məlumatlar istiqamətində ölkədəki təxminən 1600 mühacir uşağın itdiyinin və aqibətlərinin bilinmədiyinin ortaya çıxdığı ifadə edilən xəbərdə, mühacir uşaqların insan alverçilərinin əlinə düşdüklərinə dair siqnallar alındığı qeyd edilib.
Nidos Vəqfinin məlumatları daha əvvəlki araşdırmalara daxil edilmədiyi üçün rəqəmin bilinəndən daha çox olduğuna işarə edilən xəbərdə, itən mühacir uşaqların böyük qisiminin Mərakeş, Əfqanıstan və Əlcazair mənşəli olduqları qeyd olunub.
Xəbərdə, bu ölkələrdən gələn mühacir uşaqların ölkədə oturma icazəsi alma şanslarının az olduğu, ancaq oturma icazəsi şansı yüksək bəzi Suriyalı və Eritreyalı uşaqların da itdiyi ifadə edilib.
Müxalifət.az