Avropada Müsəlman düşmənçiliyi sistemləşdi

Baxış sayı:
3526

Avropa Birliyi vətəndaşları 23-26 mayda seçkiyə gedəcək və yeni Avropa Parlementini seçəcək. İfrat sağın getdikcə gücləndiyi qitədə müsəlman düşmənçiliyi seçki öncəsi yalnız ifadə və ya zaman zaman görülən hücumlarla məhdudlaşmayaraq hüquqi aktlarla da özünü göstərir. Bu dəyişikliklərlə İslam düşmənçiliyi artıq daha çox hökumət siyasətinə təsir edərkən, Müsəlmanlar da seçki aləti halına gətirilib.
 
Ən son nümunələrdən biri ifrat sağçıların hüququ hakimiyyətdə olduğu Avstriyada görünüb. Seçkilərdən bir həftə əvvəl Avstriya parlamenti ibtidai məktəblərdə hicab qadağasını təsdiqlədi. Qanunda "hicab”c qadağan edilərkən, Yəhudilikdə başın bir hissəsini örtən c”kipa"və Siqh inancına mənsub uşaqların saçlarını bağlamaq üçün taxdığı “patka”-nın qadağan olunmaması qanunun Müsəlmanlara yönəlik təşkilati və sistemli ayrı-seçkiliyin ən diqqətə çarpan göstəricisi olaraq görülüb.
 
TÜRK SİYASƏTÇİYƏ TƏHDİD MƏKTUBU
 
Almaniya İnnovasiya və Ədalət Birliyi Partiyasının sədri Haluk Yıldız iki həftə əvvəl ona İslam nifrəti məzmunlu təhdidedici bir məktub göndərildiyini söyləyib. Yildiz “Gcələn məktubun zərfində partiyanın emblemi vardı. Mən qərargahdan gəldiyini düşündüm, açdım ki, Kəbənin şəkli və üzərinə nəcis qoyulub. Məktubda bizə yönəlik bir mesaj verdı: “Bu ölkədə Almanlar söz sahibidir, həddinizi aşmayın. Əgər aşarsanız, biz nə edəcəyimizi bilirik" deyə təhdidedici sözlərin olduğunu deyib.
 Müxalifət.az