​Avropada əməliyyat: GÜRCÜ OĞRULARI TUTULDU

Avstriyada 14 Gürcüstan vətəndaşı həbs edilib.
Onların hamısı ev soyğunçuluğunda təqsirkar biliniblər. Belə ki, gürcülərin soyğunçuluq hərəkətlərini Vyana və İnsbrukedəki 25 evdə həyata keçirdikləri vurğulanıb. Yaxalananlar 20-42 yaş arasındakı şəxslər olublar. Onların çoxu Avstriyaya Almaniya, Fransa və İtaliyadan gəliblər.
Qeyd edək ki, son günlər Avropada gürcü oğrulara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Keçirilən əməliyyatlar zamanı İspaniya, Almaniya, Fransa və İtaliyada yüzlərlə gürcü oğru həbs olunub.