Avropada keşiş böhranı: XALQ ONU ÖLDÜRMƏK İSTƏYİR

Baxış sayı:
3829

Belçikanın “De Morgen” qəzetinə açıqlama verən keşiş Fernand Mareçal, bir qrup könüllünün kilsədə şəhərdə yerləşən köçkünlərə yemək verildiyini, soyuq qış aylarında isə sığınacaq təmin olunduğunu bildirib.
 
Yardımlarından dolayı gələn təpkilərin bəzən "çığırından çıxdığına" işarə edən keşiş Mareçal, "Miqrantlara yardım etməyə başlayandan bu yana ölüm təhdidləri alıram. İnsanlar bəzən birbaşa üzümə bu təhdidi edir, bəzən də adsız təhdid məktubları, ya da telefon zəngləri gəlir" deyib.
Evinə və keşişin xidmət etdiyi kilsəyə yumurtayla hücum edildiyini bildirən Mareçal, məqsədinin insanlara kömək etmək olduğunu, təpki gördüyü üçün bundan imtina etməyəcəyini qeyd edib.
Qeyd edək ki, liman şəhəri Zeebruggeda adətən, Belçikadan İngiltərəyə keçməyə çalışan qanunsuz miqrantlar olur.
Bu ilin əvvəlindən bəri şəhərdə 4 min qanunsuz miqrant saxlanılıb, yalnız bu ay 702 nəfərin nəzarətə alınması şəhərdə yerləşən qaçqın sayının artdığına işarə edir.
Müxalifət.az