Avropada futbol həyəcanı nə vaxt başlayır? - Tarixlər

Baxış sayı:
8242

Ötən gün keçirilən Çempionlar Liqası finalından sonra Avropada 2018-2019-cu il futbol mövsümü tam başa çatıb.
Muxalifet.az xəbər verir ki, futbolsevərlər əsasən Avropanın 5 böyük çempionatında və Türkiyə Super Liqasında yeni mövsümün başlamasını böyük maraqla gözlədiklərini bildirirlər.
Məlumata görə, ilk olaraq Fransa çempionatı 9 avqustda start götürəcək. Ayın 10-u İngiltərə, 16-sı Almaniya və Türkiyə liqası, 18-i İspaniya La Liqası, 24-ü isə İtaliya çempionatı başlayacaq.