​Avropada fahişəliyin qanuni və qeyri-qanuni xəritəsi üzə çıxdı — SİYAHI

İnternet şəbəkəsində Avropadakı qanuni və qeyri-qanuni fahişəliyin xəritəsi ortaya atılıb.
Muxalifet.az xəbər verir ki, xəritənin müəllifi kartoqraf Ceykob Meriandır. O, Avropada fahişəliyə icazə verilən və fahişəliyin qadağan edildiyi, seks alveri ilə məşğul olanlara maksimal cəza verilən yerləri qeyd edib.
Böyük Britaniya, İspaniya və İtaliyada fahişəlik qanunidir. Amma nəzarət edilmir. Amma fahişəxanalar qanuna ziddir. Avstriya, Almaniya, Yunanıstan, Macarıstan Latva, Niderland, İsveçrə və Türkiyədə fahişəliyə icazə verilir və hökumət tərəfindən nəzarət edilir.
Merian xəritədə seks-işçilərinin rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərdiyi və fahişəxanaların biznes obyekti kimi işlədiyi ölkələri də qeyd edib. Şərqi Avropa ölkələrində isə müştərilərə toxunmurlar, seks-işçilərini cəzalandırırlar.