Avropa Şurasından Türkiyəyə həddini aşan ÇAĞIRIŞ: SEÇKİNİ TƏXİRƏ SALIN

Baxış sayı:
6847

Avropa Şurası Parlament Assambleyasının mövcud şəraitdə keçiriləcək seçkilərin "Avropa standartlarına uyğun olmayacağı" iddiası ilə Türkiyəyə 24 iyun seçkilərini təxirə salma çağırışı edib.
 
FRANSADAKI FÖVQƏLADƏ VƏZİYYƏTƏ GÖZ YUMAN AVROPA
 
AŞPA-nın Nəzarət Komissiyası adından bu səhər Strasburqda qəbul edilən qərarda, seçki məcəlləsinin seçki qərarından yalnız bir ay əvvəl dəyişdirilməsi, fövqəladə vəziyyətin mövcudluğu, seçkilərin təhlükəsizliyi və şəffaflığı barədə şübhələr və mübahisəli səsvermə bülletenlər qərarının "seçkilərin demokratik şəraitdə keçirilməyəcəyini" göstərdiyi qeyd olunub.
 
ERKƏN SEÇKİ AVROPANIN TARAZLIĞINI POZDU
 
Qərarda, yeni seçki qanunu ilə seçkilərin keçiriləcəyi tarix arasındakı qısa müddətin siyasi partiyalara hazırlanmaq üçün zaman buraxmadığı qeyd edilib. Seçki qaydalarının seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya Komissiyası tərəfindən müəyyən edilmiş prinsiplərə zidd olduğu xatırladılıb. Seçki baryerinin 10 faiz səviyyəsində qaldığı və bu vəziyyətin siyasi plüralizm anlayışı ilə uyğun gəlmədiyi qeyd edilib.
 
HƏYƏCAN VERİCİDİR
 
Nəzarət Komissiyası, yeni seçki sisteminə əsasən polisin seçki məntəqələrinə girə bilməsini də "qayğı verici" kimi qiymətləndirib. Bundan əvvəlki seçkilərdən sonra AŞPA və ATƏT-in medianın seçkilərlə bağlı xəbərləri və siyasi partiyaların maliyyələşdirilməsinə dair tövsiyələrinin də yerinə yetirilməmiş olduğu xatırladılıb.
 
 AVROPANIN TÜRK QORXUSU
 
Bu təsbitlərdən yola çıxan Nəzarət Komissiyası, mövcud şəraitdə "həqiqi mənada demokratik seçkilərin təşkil olunmayacağı" və seçkilərin "legitimliyinin şübhə altında olunacağı" mesajnıı verib və seçkilərin təxirə salınmasını tövsiyə edib.
Qərarın bu mərhələdə hər hansı bir bağlayıcı gücü yoxdur. Ancaq AŞPA Nəzarət Komissiyası demokratik standartlar mövzusunda Avropa miqyasında istinad olunduğundan, aldığı qərar digər Avropa qurumları tərəfindən də dəstəklənir.  Xatırladaq ki, AŞPA 2016-cı ilin aprelində Türkiyəni nəzarət prosesinə almışdı.
Nəzarət Komissiyasının bu qərarından sonra 24 İyun seçkiləri üçün müşahidəçi heyəti göndərib, göndərməyəcəyi hələ bilinmir.
Qeyd edək ki, Avropa Şurasının üzvü olan Türkiyə AŞPA-da 18 deputatla təmsil olunur.
Müxalifət.az