Avropa Şurası Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinə baxır

Avropa Şurası Rusiyanın təşkilatın tərkibindən çıxmasına yol vermək istəmir. Bu, AİHM-ə müraciət edə bilməyən rusların hüquqlarını müdafiə etmək imkanına mənfi təsir göstərə bilər. Buna görə 2014-cü ildə Ukraynaya qarşı təcavüzə görə Moskvaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvi məsələsinə baxılır.
 
Bu barədə noyabrın 26-da Avropa Şurası baş katibi Turbyorn Yaqland Britaniyanın Financial Times (FT) nəşrinə müsahibəsində bildirib.
Yaqlandın sözlərinə, Rusiyanın təşkilatdan çıxması dünyada insan hüquqlarının müdafiəsinə zərbə ola bilər. O qeyd edib ki, bu halda Rusiya sakinləri 1949-cu il insan hüquqları konvensiyasının müddəalarından istifadə edə və Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə bilməyəcəklər. Avropa Şurasının rəhbəri qeyd edib ki, təşkilatdan çıxma təkcə ruslar üçün deyil, Avropa üçün də mənfi hadisə olardı.
"Heç kim bizim Krımın ilhaqını qəbul etməyimiz barədə işarə vermək istəmir. Məsələ bu prinsipial mövqeyin sarsılmasında deyil", deyə Yaqland qeyd edib.
Financial Times yazır ki, hazırda Yaqland Avropa paytaxtlarına səfər edir, AŞ üzvlərinə Rusiyanın bu təşkilatdan çıxacağı təqdirdə yaranacaq ciddi risk barədə xəbərdarlıq edir. Bu, rusları hazırda işlərin üçdə biri Rusiyanın payına düşən AİHM-ə çıxışdan məhrum edəcək.
Qəzet qeyd edir ki, Kiyevdə Rusiyanın Avropa Şurasını təşkilatdan çıxmaq hədəsi ilə şantaj edərək, Krım ilə bağlı məsələlərin həllində və Ukraynanın şərqində münaqişədə irəliləyiş olmadan Parlament Assambleyasında (AŞPA) səs hüququnun bərpasını tələb edir.
Ukraynanın Avropa Şurasında daimi nümayəndəsi Dmitri Kuleba xəbərdarlıq edib ki, bu addım "təşkilatı nüfuzdan salacaq". "Bu baş verərsə, Ukrayna Avropa Şurası ilə münasibətlərinə yenidən baxacaq", deyə Ukraynalı diplomat bildirib.
Qeyd edək ki, AİHM-nin qərarlarını yerinə yetirməkdən imtina edən Azərbaycana qarşı da Avropa Şurasının sanksiyaları tətbiq oluna bilər.