Avropa Şurası İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb

Baxış sayı:
4711

Avropa Şurasının baş katibi Torbörn Yaqland REAL Partiyasının lideri İlqar Məmmədovun azadlığa çıxmasını alqışlayıb.
 
"Bu gün Şəki Apellyasiya Məhkəməsinin tanınmış hüquq müdafiəçisi İlqar Məmmədovun beş illik həbs cəzazından sonra azad edililməsi barədə qərar çıxarması yaxşı xəbərdir. Avropada siyasi məhbusları qəbul edə bilmirik, günahsız insanlar azadlıqdan məhrum edilməməlidir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmalıdr", - T.Yaqland bildirib.
Bu gün Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovun işinə yenidən baxaraq onu şərti olaraq azadlığa buraxıb.
İ.Məmmədov 2013-cü ilin fevralında İsmayıllıda etirazların təşkili ittihamı ilə 7 il azadlıqdan məhrum edilmişdi