Avropa Şurası Azərbaycanla əlaqəli KORRUPSİYA TƏHQİQATINA BAŞLADI

Avropanın insan haqları üzrə ən yüksək müşahidəçisi olan Avropa Şurası, Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycan hökumətinin göstərişlərini yerinə yetirməsindən şübhələnərək istintaqa başlayıb.
 
İstintaqı insan haqları məsələləri üzrə ixtisaslaşan və tanınmış üç hakim aparır.
Onlar AŞPA üzvlərinin Azərbaycan nümayəndə heyəti üzvlərindən rüşvət alması barədə iddiaları yoxlamalıdırlar.
Azərbaycanın 2013-cü ildə AŞPA qərarına təsir göstərməsi barədə şübhələr var.
Azərbaycan Strazburqda yerləşən Avropa Şurasına daxil olan 47 ölkədən biridir.
2013-cü ildə Assambleya almaniyalı parlamentar Chirstopher Strasser-in ölkədə insan haqlarının pozulması və azərbaycanlı "siyasi məhbusların" vəziyyəti barədə hazırladığı hesabatı rədd edib.
Bu şübhələrə əsasən Assembleya üzvlərindən birinə bu hesabatın keçməməsi üçün 2,5 milyon dollardan çox vəsait ödəndiyi iddia edilir.
Azərbaycan isə ünvanına səsləndirilən ittihamları rədd edir.
Hüquq müdafiəçiləri Azərbaycan rəhbərliyini müxalifətə təzyiq göstərməkdə, qeyri-qanuni həbslərdə və söz azadlığını boğmaqda ittiham edir.
Prezident İlham Əliyevə müxalif olanlar vergidən yayınma, casusluq və silah qaçaqmalçılığında ittiham olunublar.
Azərbaycan höküməti isə bütün ittihamları rədd edir və müxalif şəxslərin həbsinin siyasətlə əlaqəsi olmadığını deyir.

Hakimlər kimlərdir?

Yeni təyin edilmiş beynəlxalq insan haqları vəkilləri AŞPA-da korrupsiya ittihamlarını araşdıracaq və bu ilin sonunda istintaq nəticələrini dərc edəcəklər.
Onlar korrupsiyaya bulaşmış istənilən AŞPA üzvünə qarşı ölçü götürməyə göstəriş verə bilərlər.
 
Pedro Agramunt

Hakimlər bunlardır:
Ser Nicholas Bratza, Britaniyalıdır, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sabiq prezidentidir.
Jean-Louis Bruguière, Fransada terrora qarşı tanınmış hakimdir.
Elisabet Fura, isveçlidir, AİHM-in sabiq hakimidir.
İstintaq çərçivəsində AŞPA-nın mövcud davranış kodeksinin də nəzərdən keçiriləcəyi planlaşdırılır.

Hakimlər hansı hüquqları var?

Təhqiqatın şərtləri AŞPA-da 5 siyasi qrupun liderlərinin (AŞPA-nın sədri, sədr müavinləri, nümayəndə heyətlərinin rəhbərləri, siyasi qrupların sədrləri və komitə sədrləri) tövsiyələri və AŞPA bürosunun iştiraki ilə aprelin 24-ü müəyyənləşdirilib.
Təhqiqat müstəqil xarici təhqiqat qurumunun üzvləri təyin olduqları gündən (mayın 29-u) başlanıb. Hakimlər sonuncu hesabatlarını təqdim etdikləri gün və ya 31 dekabr 2017-yə qədər yekunlaşmalıdır.
Təhqiqatın məqsədləri:
Korrupsiya ilə ittiham olunan AŞPA üzvləri (fərdi şəxsləri) araşdırmaq
AŞPA-nın etik standartlarına uyğun olmayan hadisələri müəyyən etmək
AŞPA-ın hazırkı və ya keçmiş üzvlərinə qarşı addım atmağa kifayət qədər dəlil olub-olmadığını müəyyənləşdirmək
Və bu "çatışmazlıqların" qarşısını gələcəkdə almaq üçün tövsiyələr verməkdir
Bu təhqiqat qurumunun bir neçə hüququ var:
Hakimlər istədikləri şəxsləri -xüsusilə də AŞPA və AŞPA katibliyi üzvlərini - dindirmək
Təhqiqata dəlil təqdim etmək istəyən hər bir şəxsi qəbul etmək və ya dindirmək
AŞPA üzvlərinin hökumətlərindən və ya hökumət qurumlarının dəstəyini almaq üçün onlara birbaşa müraciət etmək

Təhqiqata lazım olan hər biri sənədi əldə etmək

Təhqiqat qurumunu hüquqi qüvvəsi yoxdur. O, sadəcə topladığı məlumatları hüquqi orqanlara ötürə bilər.
Yekun hesabat büroya təqdim ediləcək və ictimaiyyətə açıq olacaq. Lakin təhqiqat qurumu hesabatın istədiyi hissələrini gizli saxlaya bilər.
Ötən ilin dekabr ayında European Stability Initiative (ESI) insan haqları təşkilatı tərəfindən dərc olunan hesabatda bir neçə AŞPA üzvünün Azərbaycanın maraqları üçün siyasi lobbiçilikdə iştirak etdiyi və onlardan bəzilərinin Azərbaycan hökumətindən rüşvət aldığı iddia olunurdu.
Bu ilin mart ayında Avopa Şurasının katibi Thorbjørn Jagland AŞPA prezidenti Pedro Agramunt-dan "məsələnin dərhal araşdırılması üçün müstəqil komissiya yaradılmasını" xahiş edib.
Yanvar ayında da avropalı deputatların böyük bir qismi oxşar xahiş edib. Onlar "uyğun olmayan davranışlarla bağlı ciddi və inandırıcı ittihamların" Assembleyanın bütövlüyünə təhlükə yaratdığını qeyd ediblər.
Aprel ayında insan haqları təşkilatlarının AŞPA-ya yazdıqları açıq məktubda müstəqil istintaq "korrupsiyanı dəstəkləyən gizli təcrübələri ortaya çıxarmalıdır" deyə vurğulanıb.