​Avropa sərt qışa təslim oldu - 16 ölü

Baxış sayı:
10132

Qlobal istiləşmə ilə birlikdə iqlim dəyişikliyi də həyata mənfi təsir edir.
Hazırda Avropa qitəsində sərt soyuqlar düşüb. Artıq bu günə qədər ən azı 16 nəfər həlak olub. Avstriyada isə bir çox insan itkin düşüb.
Qitənin bir çox şəhərində qar və soyuq həyatı iflic edib. Yunanıstanda tempratur mənfi 23 dərəcəyə enib. Bir nəfər ölüb, iki nəfər itkin düşüb.
Alp dağlarında isə qarın hündürlüyü 3 metrə qədər olub. Avstriyada xizək sürən iki nəfər itkin düşüb. Hazırda onların axtarışı davam edir. Zalsburq şəhərində bir nəfər soyuqdan ölüb. Almaniya-Avstriya sərhədində isə 20 yaşlı qadın qar uçqunu altında qalıb.
Almaniyanın Bavariya bölgəsində 44 yaşlı xizəkçi soyuqdan ölüb. 16 yaşlı bir gənc ailəsi ilə birlikdə qar uçqunu altında qalıb. Slovakiyada da qar uçqunu altında qalan var. Norveçdə isə 4 nəfər həlak olub.
Bir sıra təyyarə və qatar reysləri təxirə salınıb.