Avropa şokda: Ukrayna nəzarətə götürüldü

Baxış sayı:
799

Avropa Ukraynada baş verənlərə görə şokdadır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Vadim Rabinoviç Fransa Senatında keçirilən danışıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, senatorlar ölkədə jurnalistlərin döyülməsi hallarına sərt reaksiya verib. Bu halların təkrarlanacağı halda sanksiyalara əl ata biləcəklərini qeyd ediblər.

Fransız senatorlar ölkədəki vəziyyəti nəzarətdə saxlayacaqlarına söz veriblər.

Qeyd edək ki, Ukraynada jurnalistlərə qarşı mütəmadi olaraq insidentlərin baş verməsi müşahidə olunur. Təkcə ötən ilin ilk 11 ayı ərzində jurnalistlərə qarşı zor tətbiq edilməsi ilə bağlı 85 fakt qeydə alınıb.