​Avropa Rusiya kəşfiyyatına ağır zərbə hazırlayır – TARİX AÇIQLANDI

Baxış sayı:
3940

Böyük Britaniya Avropa İttifaqını Rusiya kəşfiyyatının rəhbərliyinə qarşı sanksiyaları tətbiq etməyə çağırıb.
Bu haqda şəxsi mənbələrinə istinadən “The Times” qəzeti bildirib.
Qəzet yazır ki, sanksiyalar Avropa İttifaqının kimyəvi silahdan istifadə ilə mübarizəyə yönəldilmiş yeni məhdudlaşdırıcı ölçüləri çərçivəsində tətbiq edilə bilər. Diplomatik mənbələrin sözlərinə görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərliyində yer alan şəxslərin adları qaralama siyahıya daxil edilib.
Gözlənilir ki, sanksiyalar altına düşmüş adamların siyahısı dekabrda dərc ediləcək.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir./Publika.az/