​Avropa Rusiya ilə bağlı ABŞ-a qarşı ona görə çıxır ki...

Baxış sayı:
463

ABŞ Rusiya əleyhinə sanksiyalar məsələsində Avropaya ciddi təzyiq göstərməyə çalışdı, lakin eyni zamanda Rusiya ilə gizli müqavilələr imzaladı.
Muxalifet.az xəbər verir ki, bunu Almaniyanın "Handelşblatt" qəzetinin siyasi eksperti Andre Ballin deyib.
Ballin Rusiyanın tapança istehsal edən "Tecmash" şirkətinin yalnız Avropa ölkələrinin sanksiya siyahısında olduğunu, ancaq ABŞ şirkətlərinin rus şirkətlə əməkdaşlıq etdiyini bildirib.
O qeyd edib ki, Avropa Ağ Evin ikili oyunundan dolayı Rusiya ilə enerji layihələrini həyata keçirməkdə israrlıdır.