​Avropa rəsmiləri ilə GÖRÜŞDƏ GƏRGİNLİK: “Bu, nə vaxta qədər sizin üçün məşğuliyyət, bizim üçün isə məhdudiyyət olacaq?”

Baxış sayı:
6163

“Azərbaycan müstəqil dövlətdir, o, dünya dövlətləri ilə siyasətini müstəqil şəkildə qurur. Ölkəmiz bir sıra beynəlxalq layihələrə imza atıb. Bununla Azərbaycan iqtisadiyyatın təməlini möhkəmləndirir. Azərbaycan bu istiqamətdə Avropa Birliyi ilə də əməkdaşlıq edir. Biz bu işləri tam həyata keçirə bilmirik, terrorçu Ermənistan buna mane olur”.
Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Ermənistan hakimiyyəti erməni xalqını girov götürüb: “Biz istəyrik ki, sülh olsun, əməkdaşlıq edək, amma torpaqlar azad edilsin. Bu, həm də Cənubi Qafqaz regionun inkişafına da səbəb olar. Avropa İttifaqi, Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımlar atmır. Niyə Ermənistana sanksiyalar tətbiq etmirsiz? Niyə? Axı, hər şey aydındır. Dağlıq Qarabağda narkotik bitkiləri əkib-becərilir, bunun qarşısı niyə alınmır? Axı, bu hamının problemidi. Ədalət prinsipi niyə işləmir?! Nə vaxta qədər beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün isə məhdudiyyət olacaq?”.
O, fikirlərini yarımçıq saxlayıb: “Mənim daha sözüm yoxdur, bitdi”./Report