Avropa Parlamentinin deputatı Lars Patrik Bergdən həddini aşan təxribatçı bəyanat: qondarma "Dağlıq Qarabağ xalqı"nın yanında olmalıyıq

Baxış sayı:
6737

Avropa Parlamentinin deputatı Lars Patrik Bergi Qarabağa etdiyi səfərdən sonra Azərbaycan tərəfindən “qara siyahı”ya daxil olmaq barədə xəbərdarlıqlar qorxutmadı, yenidən ziyarət edəcək, amma bu bölgənin gözəl olduğuna əmindir. Berg burada inkişaf üçün böyük potensial görür və eyni zamanda üzvü olduğu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində qondarma"Dağlıq Qarabağ Respublikası" məsələsini qaldırmağı planlaşdırır. O əmindir ki, “Almaniya üçün alternativ” partiyasının digər üzvləri qondarma "Dağlıq Qarabağ xalqı"nın yanında olmalıdır. Muxalifet.az “Armenpres”-ə istinadla bu məsələ barədə son vaxtlarda Ermənistanı ziyarət etmiş Avropa Parlamentinin üzvü, “Almaniya üçün alternativ” partiyasının üzvü Lars Patrik Berglə söhbəti xəbər verir. -Cənab Patrik Berg, bilirəm ki, hələ iki il əvvəl qondarma "DQR"-ə səfər etdiniz, bir çox görüşlər keçirdiniz. Burada Avropa Parlamenti və Almaniya ilə nə əməkdaşlıq prespektivləri görürsünüz? -Düşünürəm ki, Qarabağda turizm, kənd təsərrüfatı, xüsusilə (şərab, meyvə, tərəvəz) sahələrində böyük potensialı var. Sonuncu dəfə 2 il əvvəl orada oldum. Səfər zamanı şərab istehsal edən, üzvi tərəvəz yetişdirən bəzi sahibkarlarla görüşdüm. Düşünürəm ki, bu böyük bazardır və onu dəstəkləmək lazımdır, çünki ABŞ, Avropa və başqa yerlərdə insanlar üzvi qidaya pul xərcləməyi çox sevirlər. Qarabağ dağları, qədim monastırları, tarixi, gözəl insanları olan gözəl bir ölkədir. Buna görə düşünürəm ki, bu da turizm sahəsində yaxşı əməkdaşlığın qurulması üçün Avropa Parlamentinin müzakirə mövzusu olacaqdır. "Qarabağda xristianlar digər inancları olan insanlara mənfi münasibət göstərmədən öz dininə inanırlar. Düşünürəm ki, Qarabağ qala kimidir və biz "DQR"-in islahatlarına dəstək olmalıyıq. Almaniyaya gəlincə, Bundestaqın üzvü olmamasına baxmayaq, hesab edirəm ki, Ermənistan ümumiyyətlə Almaniya üçün vacibdir. Geosiyasi baxımdan çox vacib bir bölgədədir. Avropa Parlamentinin üzvü olaraq hesab edirəm ki, Qərbi Avropa Qarabağ bölgəsindəki münaqişənin həlli üçün dinc danışıqları təşviq etməli və Türkiyədən gələn gərginliyə son qoymalıdır. Düşünürəm ki, bölgədə sülh əməliyyatları təşviq etmək, gənclər üçün yeni imkanlar yaratmaq vacibdir. -Azərbaycan çox tez "DQR"-ə səfər etmiş beynəlxalq rəsmiləri “qara siyahı”ya daxil edir. Bura səfər edərkən sizin hər hansı qorxularınız vardı? -İki il əvvəl Qarabağdan qayıdanda, Almaniyadakı Azərbaycan səfiri məktub göndərdi. O, Baden Vurtenberq Parlamentinin sədrinə bura səfərimlə bağlı şikayət etdi və dedi ki, “qara siyahıda” olacağam və bir daha Azərbaycana girə bilməyəcəyəm. Mən, vəziyyəti gərginləşdirməmək üçün bu məktuba cavab vermədim. Lakin Qarabağa səfər edərkən, qoxmamışam, bu çox təhlükəsiz siyahət idi, mən çox yaxşı insanlar, rəsmilər, çox bacarıqlı və istedadlı "DQR" Prezidenti, Xarici işlər naziri, tələbələr ilə görüşdüm. Bu çətin münaqişənin sülh yoluyla və və bütün tərəflər üçün faydalı olacaq həlli tapıla biləcək. Ermənistanın Qarabağını dəstəkləməliyik. Mən Xankəndində oldum, çox dinc və çox gözəl bir şəhərdir. Mardakertdə də oldum, insanlarla görüşdüm, döyüş mövqelərindən də uzaq olmadım. İnsanlara, uşaqlara və qadınlara, bu əziyyətlərdən keçmək zorunda qalmış ailələrə çox təəssüf edirəm. Davamlı, sülh yoluyla həll tapmaq çox vacibdir. Mən dəstək vermək istərdim, doğrudur baş nazir deyiləm, Avropa Parlamentinin prezidenti deyiləm, Parlamentin adi bir üzvüyəm, amma Qarabağ məsələsini parlamentdəki Xarici Əlaqələr Komitəsində qaldırmaq istərdim. Bundan sonra nə olacağını görəcəyik. Çox müsbət gözləntilərim var. -Siz Qarabağda demək olar ki, çox şey gördünüz, Avropa Parlamentində nə məsələ qaldırmaq istəyirsiniz? – Avropa Parlamentində İnsan Hüquqlar məsələləri və Xarici Əlaqələr Komitələrinin üzvüyəm. Mən deyəcəyəm ki, hər iki tərəfi dinləmək çox vacibdir və "DQR"-dəki iqtisadi vəziyyətin gücləndirilməsi üçün hər hansı bir həll yolu tapmaq çox vacibdir. Bunu etməsək, gənclərin ölkəni tərk etməsi mümkündür. Gənc istedadlıların doğum yerlərində olmaları lazımdır və mən bu sualı parlamentdə qaldıracağam. Belə şeyləri eşitmək istəməyən, fikir verməyən siyasətçilər var, amma mən və digərlər bu məsələni qaldırmaqdan çox məmnun olarıq. -Bilirəm ki, 2020-ci ildə "DQR"-də seçkiləri izləmək üçün Almaniyadan monitorinq qurpu gələcəkdir. Bu qrupda kimlər olacaq və nə üçün bu seçkilər Almaniya üçün bu qədər vacibdir? – Seçkiləri müşahidə qrupunda Bundestaqın üzvləri, ehtimal ki, regional parlamentlərdən “Almaniya üçün alternativ” partiyasının üzvləri olacağını düşünürəm. Düşünürəm ki, "DQR" ilə “Almaniya üçün alternative” partiyası və parlamentlər arasında sıx əlaqələrin olması çox yaxşıdır. Hesab edirəm ki, Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etməsi ilə həmrəylik göstərmək çox vacibdir. Məncə, bu, çox yaxşı bir fikirdir, çünki qondarma "Dalığ Qarabağ Parlamenti", siyasətçiləri və “Almaniyaya üçün alternative” partiyası arasında sıx əlaqə olacaqdır. Mən və mənim bir neçə tərəfdaşlarım Qarabada olmuşuq, buradan da tərəfdaşlarımız da Almaniyada olmuşlar. Bu çox vacibdir, ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir. İki il sonra mən qondarma "DQR" Universitetini ziyarət edəcəyəm, Almaniyada tələbə mübadiləsi proqramı olsaydı yaxşı olardı. Bu, hələ ki, mənim fikrimdir. Çox istedadlı insanlar var və mən istəyirəm ki, Avropaya gəlsinlər, bir neçə ay universitetlərimizdə oturub geri qayıtmaq imkanları olsun. P.S. Almaniyanın rəsmi dövlət qurumu olan Bundestaqın deputatı qondarma "DQR"-in qondarma seçkilərinə bir sürü deputatın gələcəyini bəyan edir. Azərbaycanın XİN Bundestaqa etiraz məktubu göndərməlidir. Buna seyrçi qalmaq olmaz. Muxalifet.az