Avropa Parlamentindən viza qərarı

Baxış sayı:
26818

 Avropa Parlamenti viza müraciət haqlarının 80 avroya qaldırılmasını təsdiq edib. Strasburq şəhərində keçirilən AP Baş Məclisində, Avropa Birliyinə (Aİ) qısa dövrlü viza müraciətlərinə dair tənzimləmə qərar layihəsinə 123 əleyhinə, 408 səs lehinə olmaqla qəbul edilib.
 
Yeni tənzimləməyə görə, Aİ-nin 100-dən artıq ölkə vətəndaşına tətbiq etdiyi səyahət vizasının rüsum qiyməti 60 avrodan 80 avroya çıxarılacaq.
Sözügedən rüsum tələbələrdən, tədqiqatçılardan və 6 yaşdan az uşaqlardan alınmayacaq, sənətkarlar, peşəkar idmançılar və tez-tez səyahət edənlər üçün çoxlu giriş viza imkanı təmin olunacaq.
Viza müraciətləri səyahətdən 6 ay əvvələ qədər verilə biləcək.
Nizamsız köçkünləri qəbul sahəsində Aİ ilə kifayət qədər əməkdaşlıq edən ölkələr üçün sözügedən qanunlarda dəyişikliyə gediləcək.
Qərarın qüvvəyə minməsi üçün Aİ Şurasının rəsmi razılığı lazımdır.
Müxalifət.az