Avropa Parlamentindən Türkiyəyə dəstək

Baxış sayı:
8932

Avropa Parlamentinin Türkiyə Forumu ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəlmiş polad və alüminiuma görə əlavə vergi qərarının qeyri-qanuni və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu açıqlayıb.
Avropa Parlamentindən 60 millət vəkilinin üzv olduğu Forumdan yayılan yazılı açıqlamada Türkiyə və ABŞ arasında dərinləşən diplomatik gərginliyin narahatlıqla təqib edildiyi qeyd edilib.
Açıqlamada, “Avropa Birliyi ABŞ-ın beynəlxalq təhlükəsizlik məsələlərini əsas gətirərək, Türkiyəyə tətbiq etdiyi əlavə verginin qeyri-qanuni və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğu”, ifadələri yer alıb.
“Türkiyənin iqtisadi baxımdan zəiflədilməsi heç kimin xeyirinə olmadığını bəyan edən açıqlamada Avropa Birliyinin ən böyük ticarət ortaqlarından biri olan demokratik Türkiyənin iqtisadi baxımdan inkişaf etməsi və güclü olması bizim də xeyiriməzidir”, deyə açıqlamada bildirilir.
Açıqlamada iki NATO müttəfiqi – Türkiyə və ABŞ-ın problemləri həll etmək üçün konstruktiv diplomatik təşəbbüslərə başlamasının vacibliyi vurğulanıb.