Avropa Parlamentindən Türkiyə əleyhində QƏRAR

Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin müzakirə olunmasını qadağan edən qanun layihəsini qəbul edib.
 
Avropa Parlamentinin 477 üzvü hollandiyalı parlamentari Kati Piri tərəfindən hazırlanan layihənin lehinə səs verib.
Qanun layihəsində bu qadağaya aprelin 16-da Türkiyədə referendumdan sonra qəbul edilən konstitusiya dəyişiklikləri paketi səbəb göstərilib.