Avropa Parlamentində terror təbliğatı: PKK-ya aid “sənədli” film göstərildi

Baxış sayı:
577

Avropa Parlamentində PKK-ya aid terrorçu “sənədli” filmi göstərilərək Türkiyənin güclənməsinin qarşısının alınması istiqamətində çağırış edilib.
 
Avropa baş verən bütün hadisələrə baxmayaraq, terrora və terrorçulara dəstək olub, qucaq açmağa davam edir. PKK ilə sıx əlaqələri olan Brüsseldəki Avropa Parlamentində terrorçulara aid “sənədl” film yayımlanıb. PKK-lı bir terrorçunun tərcümeyi-halından danışılan “sənədli” film, AP-nin salonunda nümayiş olunub.
 

PKK KOMANDANI İLƏ CANLI BAĞLANTI
 
Rejissor Alba Sotorranın çəkdiyi “sənədli” filmin sonunda salondakılar alqışlayarkən, həyatı izah edilən terrorçu ilə canlı bağlantı həyata keçirilib.
Aparılan canlı yayımda PKK-lı terrorçu Türkiyənin bölgədə apardığı fəaliyyətlərin onların varlığını təhdid etdiyini bildirib. "Türk dövləti bütün nailiyyətlərimizi təhdid edir. Həyatımızı məhv etmək istəyir" deyib.
 
TERROR TƏRƏFDARLARI QONAQ EDİLİB
 
Avropa Parlamentində filmin əsas personajı olan YPJ-li terrorçu Arian, skype ilə tədbirə qatılıb. Terrorçu ilə yanaşı, film rejissoru Sotarra, YPJ döyüşçüsü Anna Kin-in atası Dirk Cambell, rejissor Stelios Kouloglou və sözdə aktivist terror tərəfdarı Dilar Diri də iştirak edib.
 
AVROPANIN TERRORA DƏSTƏYİ
 
Türkiyənin də tez-tez tənqid etdiyi nöqtə olan Avropanın terror ilə arasına məsafə qoymaması uzun bir prosesdir. Daha öncə terrorçulara dəfələrlə yardım edən və qoruyan Avropa, terrorizmin ən sıx olaraq yaşadığı bölgələrdən biridir.
Qeyd edək ki, AP-da daha əvvəl PKK-nın təbliğat sərgiləri açılmış və fotoları AP nümayəndələri ziyarət etmişdi.
Müxalifət.az