Avropa Parlamentinə seçkilərdə irqçilərə zərbə

Baxış sayı:
256

Avropa Parlamenti seçkiləri üçün seçkilərə gedən Hollandiyada rəsmi olmayan nəticələrə görə, Sosial Demokratlar 18,4 faizlə ilə irəlidə gedir. İrqçi Geert Wilders yalnız 4 faiz səs ala bilib.
 
Avropa Parlamenti seçkiləri ilə bağlı Hollandiyada rəsmi olmayan seçki nəticələri müəyyən olub. Xüsusilə Avropa daxilində ifrat sağçıların yüksəlişdə olduğu seçkilərdə irqçi və İslam düşməni Geert Wilders rəsmi olmayan nəticələrə görə, ağır bir zərbə alıb.
 
SOSİAL DEMOKRATLAR ÖNDƏDİR
 
Hollandiyada keçirilən Avropa Parlamenti (AP) seçkilərində Sosial Demokratlar 18,4 faiz səslə ilə öndədir. Baş nazir Mark Ruttenin partiyası Liberal Partiya VVD 14, Xristian Demokratlar CDA 12,3, seçkilərdən əvvəl favorit olaraq göstərilən sağçı Thierry Baudetin partiyası FvD 11, Hollandiyalı Yaşıllar 10,5 faiz səs alıb.
 
İRQÇİ WİLDERSƏ ZƏRBƏ
 
İrqçi Geert Wildersin partiyası isə AP seçkilərində böyük səs itirib. İrqçi PVV seçkilərdə yalnız 4 faiz səs ala bilib. Geert Wildersin bu səs faizi ilə AP-də 2014-cü ildəki 4 kreslosundan üçünü itirəcəyi ifadə edilir.
Rəsmi nəticələr 26 mayda açıqlanacaq. Hollandiyada 13 milyon seçicinin AP seçkilərində səsvermə haqqı varkən, 2014 seçkilərində 37.3 faiz seçici seçkidə iştirak etmişdi. Dünən keçirilən seçkilərdə isə 41.2 faiz seçicinin səsvermədə iştirak etdiyi açıqlanıb.
Müxalifət.az