Avropa ÖZ DİKTATORUNU TAPDI

Baxış sayı:
8011

Fransada davam edən etiraz aksiyalarına polisin sərt müdaxiləsi Fransanın prezidenti Makrona diktator yarlığı yapışdırdı.
 
Fransada Makron və iqtisadi siyasətə etiraz edən məmurlar, fəhlələr və biznes qurumları təxminən bir aydır tətil edir. Bu tətillər nəticəsində Fransanın qüruru və Avropanın ən böyük hava yolu şirkətlərindən biri olan “Air France” da iflas həddinə gələrkən, küçələrdə tətil edən nümayişçilərə polislərin müdaxiləsi də çox müzakirə edilir.
 
POLİSLƏRDƏN NÜMAYİŞÇİLƏRƏ GÜC TƏTBİQİ
 
Xüsusi ilə də Paris mərkəzli aksiyalara polis zorakılığı damğasını vurur. Bu yöndə dünən ortaya çıxan görüntülərdə polislərin nümayişçiləri təpiklədiyi, yerlərdə sürükləyərək döydüyü görünür.
Təxminən bir aydır davam edən nümayişlərdə bir çox şəhərdə küçələrdə ümumi tətil keçirilərkən, polislərin müdaxiləsi də buna qarşılıq olduqca sərt olur.
 
DİKTATÖR MAKRON
 
Polis zorakılığının bu qədər böyük olması, Fransızları da ayağa qaldırıb. Nümayişçilər xüsusilə hökuməti polislərin sərt müdaxiləsinə qarşı səssiz qalmaqla günahlandırarkən, Makronu da diktator adlandırıblar.
Müxalifət.az