“Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir" - SİYAVUŞ NOVRUZOV

Baxış sayı:
7312

"Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir".
 
Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.
 
O bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur:
 
“İnsanların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan prezidentinin hüquqları qanunla qorunur. Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir”.